RU

Antisanitar şəraitdə işləyən kafe aşkarlandı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Zaqatala şəhəri, Ç.Atalov küçəsində fiziki şəxs Fəryad Fərhad oğlu İbrahimova məxsus “Fəryad” ictimai iaşə müəssisəsində yoxlama aparıblar.

Agentlikdən Yenicag.az-a verilən məlumata görə, yoxlama zamanı sanitariya norma və qaydalarının, gigiyena normativlərinin tələblərinin pozulduğu aşkarlanıb.

Faktla bağlı iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb, sahibkarlıq subyekti inzibati məsuliyyətə cəlb edilib.

Избранный
3
4
yenicag.az

6Источники