İtaliyanın cənubundakı aktiv vulkanlardan biri olan Etnanın kül və lava püskürtdüyü açıqlanıb.
Xalqcəbhəsi.az-ın Türkiyənin “Demirören” Xəbər Agentliyinə istinadən məlumatına görə, yanardağın cənub-şərq kraterinin püskürtdüyü küllərin 2 kilometr hündürlüyə çatdığı bildirilib.
Adanın ətrafındakı hava məkanının müəyyən hissələrinin yüksələn kül buluduna görə uçuşlara bağlandığı qeyd edilib.