RU

İsmət Səttarov: Televiziyalarda hələ də ayrı-seçkilik və nifrət çıxışlarının olması təəssüf doğurur

Televiziyalarda hələ də ayrı-seçkilik və nifrət çıxışlarının olması təəssüf doğurur.

“Report” xəbər verir ki, bunu Audiovizual Şuranın sədri İsmət Səttarovun fevralın 14-də keçirdiyi brifinqdə deyib.

O, bu kimi halların sosial mediada da baş verdiyini söyləyib:

“Əsas olan verilişlərdə qanun pozuntularına yol verilməməsidir”.

İ.Səttarov son zamanlar mediadan gələn sorğuların da çox dəqiq olduğunu bildirib:

"Son dövrlərdə mediadan daxil olan sorğuların üslubu zamanla müsbətə doğru dəyişir. Sorğular qurumumuza çox dəqiq və araşdırılmış şəkildə ünvanlanır. Bu, sevindirici haldır".

Şura sədri mediada analitik süjetlərin sayının artırılmasını da təklif edib.

Şəfiqə Nazimqızı, Sevil Seymur

Избранный
6
report.az

1Источники