RU

"Bu qədər pis oynamağa haqqımız yox idi" - Okan Buruk

"Qalatasaray" UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda səfərdə "Alkmaar" ilə qarşılaşıb. 

Fanat.Az xəbər verir ki, İstanbul təmsilçisinin baş məşqçisi Okan Buruk 1:4 hesabı ilə uduzduqları matçı şərh edib. 

Türkiyəli mütəxəssis darmadağınla bağlı belə danışıb: 

"Bunu oyundan əvvəl demişəm: çatışmazlıqlarla gəlmişdik. İlk "11-liy"i qurmaqda belə çətinlik çəkdik. Amma nə olursa olsun, bu qədər pis oynamağa haqqımız yox idi. Bu oyunu və məğlubiyyəti 10 nəfər qalmağımızla əlaqələndirmək olmaz. Hər şeyi pis etdik. Müdafiə oluna, top əlimizdə olanda oynaya bilmədik. Ötürmələrdə dəqiq deyildik. Hər şeyin çox pis olduğu gündə ikinci hissəyə 1:2 hesabı ilə başladıq. Fasilədən sonra bəzi şeyləri düzəldə biləcəyimizi düşünürdük. Amma olmadı, alınmadı. 
Rəqibi təbrik edirəm. Onlar daha kompakt oynadılar. Revanşa yalnız qələbə üçün çıxacağıq. Öz meydanımızda oynayacağıq. Ümidimizi üzmürük. Futbolda belə geridönüşlər çox olub. Dörd gün sonra Rizədə səfər oyunu var. Yeni transferlərimiz, bu matçda oynamayan cəzalı futbolçularımız, geri qaytara bilsək zədəli futbolçularımız var. "Rizə" matçında yeni heyətlə qalib gəlmək, üstünlüyü qoruyub saxlamaq, ruh yüksəkliyi qazanmaq istəyəcəyik”. 

Избранный
29
fanat.az

1Источники