Trampın sözlərinə görə, ABŞ bu ildən etibarən Hindistana hərbi texnika satışını milyardlarla dollar artırmağı planlaşdırır.
Qeyd edək ki, Hindistan ənənəvi olaraq dünyanın ən böyük Rusiya silahı alıcılarından biridir və Moskva ilə sıx hərbi əməkdaşlıq edir. Ölkə Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri almasına baxmayaraq, ABŞ Hindistana qarşı CAATSA qanunu çərçivəsində sanksiyalar tətbiq etməyib. Halbuki eyni səbəbdən Türkiyə F-35 proqramından çıxarılmışdı.
Ekspertlər hesab edirlər ki, Vaşinqtonun Hindistana loyal yanaşması Çinə qarşı strateji maraqlarla bağlıdır. Maraqlıdır ki, Hindistanda keçirilən beynəlxalq aviasiya sərgisində ilk dəfə olaraq həm F-35, həm də Rusiya istehsalı olan beşinci nəsil Su-57 qırıcıları birlikdə təqdim edilib. Hindistanın hər iki döyüş təyyarəsinin alınmasını nəzərdən keçirdiyi bildirilir.