Ötən il Audiovizual Şuraya daxil olan dörd şikayətlə bağlı hüquqi tədbir görülüb, beş kanala isə tövsiyyələr verilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Audiovizual Şurasının sədri İsmət Səttarov qurumun hesabat brifinqində deyib.
Şuranın sədri qeyd edib ki, müraciətlərdən 124 müraciət audiovizual proqramlarla bağlı olub:
"Həmin müraciətlərdən hamısı cavablandırılıb, 85-i ilə bağlı isə bildirilib ki, Şura burada redaksiya fəaliyyətinə müdaxilə edə bilməz".