RU

Bundesliqada ayın ən yaxşısı – Florian Virts

Almaniya Bundesliqasında yanvarın ən yaxşı futbolçusu müəyyənləşib.

Msport.az xəbər verir ki, bu ada “Bayerin yarımmüdafiəçisi Florian Virts layiq görülüb.

21 yaşlı pleymeyker səsvermə zamanı “Bavariya”lı Yozua Kimmix, Maykl Olise, “Leypsiq”li Villi Orban, Xavi Simons və “Verder”li Romano Şmidi qabaqlayıb. Virts yanvarda Bundesliqada keçirdiyi 4 oyunda 2 qol vurub, 3 məhsuldar ötürmə verib.

Qeyd edək ki, Virts bu mövsüm bütün turnirlərdə 34 oyunda 15 qol, 12 assistlə yadda qalıb. “Bayer” isə 46 xalla çempionatda ikinci pillədə qərarlaşır.

Избранный
30
msport.az

1Источники