1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Şahmat üzrə Azərbaycan çempionatında final mərhələsinin ikinci oyunları bu gün keçiriləcək.
Oxu.Az xəbər verir ki, Şəhriyar Məmmədyarov həlledici raundda Rauf Məmmədovla üz-üzə gələcək.
Tərəflər arasında ötən gün baş tutan görüş heç-heçə yekunlaşıb - 0.5:0.5. Teymur Rəcəbov isə səhhətindəki problem səbəbindən Misrətdin İskəndərovla üçüncü yer uğrunda qarşılaşmaya qatılmayıb.
Qadınların finalında Gövhər Beydullayeva ilə Günay Məmmədzadə münasibətlərinə aydınlıq gətirəcəklər. İlk dueldə Beydullayeva qalib gəlib. Üçüncü yer uğrunda görüşdə Ülviyyə Fətəliyeva ilə Gülnar Məmmədova üz-üzə gələcəklər. Fətəliyeva ötən günü qələbə ilə başa vurub.
Qeyd edək ki, kişilərin yarışında mükafat fondu 60 min, qadınlarda isə 30 min manat təşkil edir.