UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda "Qalatasaray" Hollandiyanın "Az Alkmaar" komandasına 4:1 hesabı ilə uduzub.
Offsideplus.az xəbər verir ki, qarşılaşma zamanı sarı-qırmızılılar 4-1 geridə olarkən "Fənərbağça"nın təcrübəli futbolçusu Mert Hakan Yandaş etdiyi paylaşımla diqqət çəkib.
"Sarı-lacivərtlər"in "Anderlext"i 3:0 hesabı ilə məğlub etdiyi matçda 86-cı dəqiqədə oyuna daxil olan Mert Hakan meydanda olduğu anlardan 2 foto paylaşaraq paylaşımına 4 ürək qeydi əlavə edib. Yandaşın bu paylaşımı "Qalatasaray"a atmaca kimi şərh edilib.
Hüseyn Rəşadoğlu
???????????????????? pic.twitter.com/mdqFmaNEjZ
— Mert Hakan Yandaş (@MHYandas) February 13, 2025