RU

Dünya Bankı Pakistana $40 mlrd. ayırır

Dünya Bankının rəsmiləri Yaponiyanın ?Nikkei? xəbər agentliyinə bildiriblər ki, Pakistan müxtəlif layihələrin inkişafı üçün yaxın on il ərzində onların təşkilatından 40 milyard dollara qədər məqsədli kredit alacaq. İnkişaf proqramları təkcə dövlətdə deyil, həm də özəl sektorda cəmləşəcək. Bunlara uşaqların təhsili, enerji layihələri, o cümlədən bərpa olunan enerji, infrastruktur layihələri və s. aiddir.

Dünya Bankı bundan əvvəl ?Country Partnership Framework?proqramını elan etmişdi, onun çərçivəsində 240 milyon əhalisi olan ölkə növbəti on il ərzində 20 milyard dollar alacaq. Bu vəsaitlər ölkədə uşaqların qidalanmasının yaxşılaşdırılması, təhsilin səviyyəsinin yüksəldilməsi, təmiz enerjinin inkişafı, iqlim dəyişikliyinin təsirləri ilə mübarizə və infrastruktur layihələrinə özəl-dövlət investisiyalarının inkişafına yönəldiləcək.

Избранный
38
1
banker.az

2Источники