RU

Yanvarda azərbaycanlılar Türkiyədən 50 mənzil alıblar


Bu ilin yanvar ayında Azərbaycan vətəndaşları Türkiyədən 50 mənzil satın alıblar.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, ötən ilin eyni dövründə azərbaycanlılar Türkiyədən daha çox mənzil alıblar.
Belə ki, 2024-cü ilin yanvar ayında azərbaycanlılar Türkiyədən 52 mənzil satın alıblar.
Qeyd edək ki, son 10 ildə Azərbaycan vətəndaşları Türkiyədən ümumilkdə 10 min 682 mənzil alıblar:
2015-ci il – 815 mənzil;
2016-cı il – 610 mənzil;
2017-ci il –  942 mənzil;
2018-ci il – 1 250 mənzil;
2019-cu il – 1 191 mənzil;
2020-ci il – 1 279 mənzil;
2021-ci il – 1 517 mənzil;
2022-ci il –1 330 mənzil;
2023-cü il – 832 mənzil;
2024-cü il – 866 mənzil;
2025-ci ilin yanvar ayı – 50 mənzil.


Onu da bildirək ki, bu ilin yanvar ayında Türkiyədən ən çox Rusiya (248 mənzil), İran (162 mənzil), İraq (103 mənzil), Ukrayna (94 mənzil), Almaniya (75 mənzil), Azərbaycan (50 mənzil) və Çin (49mənzil) vətəndaşları ev alıb.
Ötən illə müqayisədə Türkiyədən ev alan Rusiya vətəndaşlarının sayı kəskin azalıb. Müqayisə üçün bildirək ki, ötən ilin yanvar ayında Rusiya vətəndaşları Türkiyədən 555 mənzil alıb.

Elnur Əli
Избранный
2
1
yeniavaz.com

2Источники