RU

"Trampın Netanyahu ilə razılaşması dünya üçün təhlükədir"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İndoneziyada verdiyi müsahibədə ABŞ Prezidenti Donald Trampın İsrail Baş naziri Benyamin Netanyahu ilə əldə etdiyi razılaşmanın dünya sülhü üçün böyük təhlükə olduğunu bildirib.

Olaylar.az türk mediasına istinadla xəbər verir ki, Ərdoğan Trampın Qəzzanı ələ keçirməyi təklif etməsini və Netanyahu ilə razılaşmasını "qatillərlə" razılaşma olaraq qiymətləndirib və bunun dünya sülhü üçün ciddi təhdid yaratdığını vurğulayıb.

O, həmçinin, "Qəzzanı heç kim Fələstinlilərin əlindən ala bilməz" ifadəsini işlədib.

Ərdoğan ABŞ-ın belə qərarlar qəbul etməsinin "doğru olmadığını" və "dünya sülhünün qorunması üçün Amerika kimi dünya nəhənginin məsuliyyət daşımalı olduğunu" qeyd edib.

Bundan başqa, İslam Əməkdaşlıq Təşkilatının bu mövzuda bir araya gələcəyini və Türkiyənin dünya sülhünü dəstəkləməyə davam edəcəyini bildirən Ərdoğan İsrailin davranışlarını "insanlığa sığmayan" olaraq qiymətləndirib.

İsrailin Fələstinə qarşı törətdiyi hücumları qınayan Ərdoğan ölkələrin beynəlxalq hüquqa uyğun qərarlar almalı olduğunu və Beynəlxalq Cinayət Məhkəməsi (ICC) tərəfindən verilən qərarlara hörmətlə yanaşılmalı olduğunu əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
11
1
olaylar.az

2Источники