RU

Putin Ukraynanı yox, dünyanı bölmək istəyir – NYT

Trampın zəngi Ukrayna münaqişəsində əsas məqam oldu və Putinin Ukraynanın taleyinin Moskva ilə Vaşinqton arasında həll edilməli olduğu fikrini gücləndirdi.

Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb.

“Telefon danışığında Tramp Putinə baxışını açıqladı: Rusiya və ABŞ iki böyük gücdür, Ukraynanın taleyi ilə bağlı birbaşa razılığa gəlməli və daha mühüm qlobal problemlərə doğru getməlidir. Bu, bəlkə də Putinin hələ də Avropanın xəritəsini yenidən cızmaqla və Rusiyanın təsirini genişləndirməklə münaqişədən çıxa biləcəyinə ən bariz işarədir. Diplomatik cəbhədə Putin qətiyyətli Avropa ilə üzləşməyə davam edir. Cümə axşamı günü Brüsseldə görüşən yüksək rütbəli Avropa hərbi rəsmiləri Ukraynanın istənilən sülh təşəbbüsünün mərkəzində olması və Avropanın masa arxasında oturması ilə bağlı mövqelərindən geri çəkilmək əlaməti göstərməyib. Lakin avropalıların bütün müqavimətlərinə baxmayaraq, Ukrayna məsələsində ABŞ-a hansı təsirin olacağı bəlli deyil”, - məlumatda deyilir.

Qeyd olunur ki, Putini işğal olunmuş ərazilər maraqlandırmır:

“Daha doğrusu, o, Ukraynanın NATO-ya daxil olmasını qadağan edən, Ukrayna qüvvələrinin sayını məhdudlaşdıran və Qərb alyansının Şərqi və Mərkəzi Avropada mövcudluğunu azaldan hərtərəfli razılaşma əldə etməyə çalışır”.

Избранный
43
1
axar.az

10Источники