RU

Gənc fenomen plastik əməliyyatdan sonra ÖLDÜ

Subay ana və sevimli sosial media fenomeni Denisse Reyes Meksikada liposaksiya əməliyyatı keçirdikdən sonra faciəvi şəkildə dünyasını dəyişib.

News24.az xəbər verir ki, Tuxtla Qutierrezdəki San Pablo Tibb Klinikasında cərrahın icazəsiz keçirdiyi əməliyyatdan sonra 27 yaşlı fenomenin səhhəti sürətlə pisləşib. O, üç gün sonra ürək tutmasından ölüb.

Ailəsinin verdiyi açıqlamaya görə, yanvarın 26-da Dr. Orlando Qamboanın həyata keçirdiyi əməliyyat zamanı Denis venadaxili dərmanlara pis reaksiya verib.

Denisin əmisi Ammao Rodriges Daily Mail-ə verdiyi açıqlamada, "Qardaşım qızı əməliyyatdan sonra xəstələnməyə başladı və ürəyi dayandı. Bu zaman onu klinikada olduğu otaqdan çıxardılar" deyib.

Günel Məlikzadə


Избранный
12
news24.az

1Источники