Müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçən hərbi vəzifəlilər vətəndaşların hərbi qeydiyyat üzrə nəzərdə tutulmuş vəzifələrini icra etməməsinə görə məsuliyyətdən azad ediləcək.
Bununla bağlı İnzibati Xətalar Məcəlləsində, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara dəyişiklik edilib.
Dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçirilmiş hərbi vəzifəlilər yaşayış yerini dəyişərkən, 10 gün müddətində hərbi qeydiyyatda olduqları müvafiq icra hakimiyyəti orqanına məlumat verməməsinə görə müəyyən edilən 30 manat məbləğində cərimədən azad ediləcək.
Layihə səsverməyə çıxarılaraq qəbul edilib.
©unikal