RU

AMB: "BOKT-lərdə kənar audit və korporativ idarəetmə ilə bağlı tələblər hazırlanacaq"

Bank olmayan kredit təşkilatlarına (BOKT)kapital tələbinin yerinə yetirilməsi ilə bağlı qoyulan müddət fevral ayının sonunda bitir.

FED.az xəbər verir ki, bunu Azərbaycan Maliyyə Forumunda çıxışı zamanı Azərbaycan Mərkəzi Bankının Bank olmayan kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktoru Xəyyam İsmayılov deyib.

O bildirib ki, bundan əlavə, AMB BOKT-lərə öhdəliklərin kapitala nisbəti ilə tələbini müəyyən edib, ehtiyatların yaradılması tələbinə yenidən baxılıb.

“Növbəti mərhələdə kənar auditin aparılması və korporativ idarəetmə standartlarına dair tələblər də hazırlanacaq” - departament direktoru əlavə edib. (Apa)

Избранный
3
2
fed.az

3Источники