RU

TV-də işarət dili: “Kim necə istəyir öyrədir” - Karlar Cəmiyyəti Şura rəhbəri ilə razılaşmır

“Azərbaycanda surdotərcümə çox azdır”.

“Yeni Sabah”a açıqlamasında Azərbaycan Karlar Cəmiyyəti İctimai Birliyinin prezident köməkçisi Kəmalə Ələkbərova Audiovizual Şuranın sədri İsmət Səttarovun bu iddiası ilə razılaşmayıb.

Xatırladaq ki, Milli Məclisdə kanallarda surdotərcüməçiliyin (işarət dili) tətbiq edilməsi ilə bağlı qanuna dəyişiklik edilib. Bu ildən dövlət tərəfindən maliyyələşən kanallarda surdotərcüməçiliyin (işarət dili) tətbiq edilməsi nəzərdə tutulur.

Audiovizual Şuranın sədri İsmət Səttarov bu mövzuda danışarkən qeyd edib: 

“Azərbaycanda surdotərcümə çox azdır. Gələcəkdə özəl kanallarda da surdotərcüməçiliyin tətbiq edilməsi ola bilər”.

Öz növbəsində, Kəmalə Ələkbərova bildirib ki, fəaliyyət göstərdiyi cəmiyyətin daxilində bu işi icra edə biləcək yetərincə mütəxəssis var:

“Yəqin ki qanun qüvvəyə mindikdən sonra yavaş-yavaş bu işi daha da genişləndirməyə başlayacaqlar. Təkcə xəbər proqramları deyil, digər, yəni  əyləncəli və s. verilişləri da surdotərcümə etsələr yaxşı olar. 

Hazırda Azərbaycan Karlar Cəmiyyətində surdotərcümə üçün mütəxəssis yetərincə var. Cəmiyyət ta 1929-cu ildən fəaliyyət göstərir. Vaxtilə məktəbə nəzarəti, surdotərcüməçilərin ixtisaslaşması, onlara vəsiqənin verilməsi kimi işləri bu cəmiyyət yerinə yetirirdi”. 

Kəmalə Ələkbərova qeyd edib ki, Azərbaycanda bu sahədə fəaliyyət göstərən 5 ictimai birlik mövcuddur:

“Ən qocamanı Azərbaycan Karlar Cəmiyyətidir. Digərləri son vaxtlar açılan təşkilatlardır. Onlar da jest (işarət) dilinin vahid standartı olmadığı və dövlət səviyyəsində tanınmadığı üçün pərakəndə formada jest (işarət) dilini kim necə istəyir öyrədir”.

Nazim Hacıyev


Telegram kanalımız
Избранный
28
yenisabah.az

1Источники