Pakistanın Bəlucistan əyalətində mədən işçilərini daşıyan yük maşınında baş verən partlayış nəticəsində 10 nəfər ölüb, 6 nəfər yaralanıb.
"Cebheinfo.az" xəbər verir ki, “Dawn” qəzetinin polis rəsmilərinə istinadən verdiyi məlumata görə, Harnai rayonunun Şahraq bölgəsində kömür mədənləri sahəsində mədənçiləri daşıyan yük maşınında partlayış baş verib.
İlkin məlumata görə, partlayış nəticəsində 10 nəfər ölüb, 6 nəfər yaralanıb.
Səlahiyyətlilər hadisənin yola qoyulmuş partlayıcının işə salınması nəticəsində baş verdiyini bildiriblər.
Bəlucistan Baş naziri Sərfraz Buqti verdiyi açıqlamada hadisənin terror aktı olduğunu bildirib.
İnsanların itkisindən kədərləndiyini bildirən Buqti, "terror bəlasının" kökünü kəsəcəyinə söz verib.