RU

Bank sektorunun ötən il faizdən 4 milyard manat gəliri olub

Hesabat ilində bank sektorunun məcmu kapitalı 10.8% (0.6 mlrd. manat) artaraq  6.2 mlrd. manata çatmışdır.

Bunu Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev Azərbaycan Maliyyə Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, bank sektorunun kapital adekvatlığı 17.6% olmaqla minimum requlyativ tələbi (sistem əhəmiyyətli banklar üçün minimum tələb 12%, digər banklar üçün 10%) 1.7 dəfə üstələmişdir.

Sədr qeyd edib ki, sektorun ötən il ərzində əldə etdiyi faiz gəliri 4 mlrd. manat, mənfəətin həcmi isə 1044.3 mln. manat təşkil etməkdədir.

©report

Избранный
57
2
valyuta.az

5Источники