RU

Samirə Musayeva: "Yeni Vergi Məcəlləsinin strukturunun hazırlanmasında ictimai iştirak təmin olunacaq"

Azərbaycanda yeni Vergi Məcəlləsinin strukturu hazırlanır.

Bu barədə "Report" İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayevaya istinadən xəbər verir.

"2024-cü ildən yeni Vergi Məcəlləsinin strukturu üzərində düşünməyə başlamışıq. Bu istiqamətdə sahibkarların, konsaltinq şirkətlərin, mühüm rola malik böyük holdinqlərin rəy və təkliflərini almışıq. Vergi Məcəlləsinin üzərində işlərə bütövlükdə biznes icmasının ehtiyaclarından irəli gələrək mövcud iqtisadi münasibətlərin tənzimlənməsi və ədalətli vergi qanunvericiliyinin formalaşması prosesi çərçivəsində başlamışıq. Bundan sonra da həmin istiqamətdə görüləcək işlərdə ictimai iştirak təmin olunacaq”, - S. Musayeva qeyd edib

O hesab edir ki, məşğulluğun artırılmasını təşviq edən və ölkəyə valyuta gətirən sahibkarlıq subyektlərinin fəaliyyətinin dayanıqlığının təmin olunması, habelə investisiya qoyuluşlarını dəstəkləyən vergi siyasəti tədbirlərinin həyata keçirilməsi Dövlət Vergi Xidmətinin yanaşmalarında fundamental baxışları müəyyən edir.

Избранный
4
5
report.az

6Источники