RU

Həkim AzTV-nin reportajını tənqid etdi: “Bu qədər cahil olmayın”

Həkim Aydın Əliyev AzTv-nin hər gün dərsə qayıqla getmək məcburiyyətində qalan fədakar müəllimlə bağlı hazırladığı reportajı tənqid edib.

Tribunainfo.az xəbər verir ki, həkimin sözlərinə görə bir kənd müəlliminin çarəsizlikdən işə qayıqla getməsi fəxr ediləsi hal deyil:

“Adamın həyatı birbaşa təhlükədədir, AzTV isə fəxrlə deyir ki, müəllim hər gün Kür çayını özünün kustar üsulla düzəltdiyi, içərisinə su dolan qayıqla üzüb dərs deməyə gedir. Bu nə reportajdır? Bu qədər də cahil olmayın! Heç olmasa adama suda batmaması üçün bir qoruyucu gödəkçə verin, ya da məktəbə normal getməsi üçün bir şərait yaradın, əks halda bu adamın suya düşüb boğulması an işidir”.
Qeyd edək ki, İmişlinin Ağamalılar kəndində məktəb müəllimi işləyən Mübariz Rüstəmov hər gün yaşadığı yerdən işlədiyi yerə özünün hazırladığı qayıqla Kür çayını keçərək gedir.
Nigar

Избранный
19
tribunainfo.az

1Источники