Bakı, TurkicWorld
Milli Kəşfiyyat Təşkilatı (MİT) və İstanbul İl Polis İdarəsinin birgə əməliyyatı nəticəsində PKK/KCK-nın Fransa qoluna bağlı Medeni Altundere həbs edilib.
TurkicWorld AzerVoice -ə istinadən xəbər verir ki, MİT uzun müddət izlədiyi Altunderenin təşkilatın Fransa strukturunda təbliğat fəaliyyəti apardığını müəyyən edib.
Altundere Fransa və Almaniyada PKK/KCK-nın aksiyalarında, terror hadisələrində və terrorçuların dəfn mərasimlərində iştirak edib.
Terrorçunun İstanbulda olduğu müəyyən edildikdən sonra MİT və İstanbul Polisi tərəfindən xüsusi əməliyyat keçirilib. Saxlanılan Altundere ədliyyə orqanlarına göndərilərək həbs edilib.