RU

Ötən ilin sonuna MDM-də mövcud depo hesablarının sayı 160 mini keçib - Ağahüseyn Xudaverdiyev

Bakı. Trend:

1997-ci ildən 2023-cü ilin sonuna kimi Milli Depozit Mərkəzində(MDM) mövcud olan depo hesabların sayı 121 610 təşkil etmişdisə,2024-cü ilin sonunda bu rəqəm 160 545 olub.

Trend xəbər verir ki, bunu bugün Milli Depozit Mərkəzinin İdarə Heyətinin sədri AğahüseynXudaverdiyev Azərbaycan Maliyyə Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, aktiv depo hesabların sayı isə müvafiq olaraq2023-cü ilin sonuna 75 024 təşkil edirdisə, 2024-cü ilin sonunda105 552 olub:

"Eyni zamanda, təkrar bazarda ticarəti mümkün edən zəruriinfrastruktur istifadəyə verilmişdir.
Nəticədə MDM-in İnvestor portalında və APİ vasitəsilə investorlarüçün balanslarında olan qiymətli kağızlar barədə məlumatların əldəedilməsi imkanı yaradılmışdır".

"Rəqəmsallaşma sahəsində MDM tərəfindən həyata keçirilmiş digərmühüm yenilik isə səhmdarların ümumi yığıncaqlarının məsafədənkeçirilməsi və elektron səsvermə sisteminin tətbiqidir. MDM buxidməti ilk dəfə olaraq ölkəmizdə tətbiq edərək, əlçatanlıqsəviyyəsinin artırılmasına, səhmdarların hüquqlarının qorunmasınavə şəffaflığın artırılmasına tövhə vermişdir.

Hazırda bu sahədə emitentlərə və investorlara göstərilənxidmətlər üzrə elektron çıxarışların və online ödənişlərin tətbiqiüzrə işlər davam etdirilir", - deyə Ağahüseyn Xudaverdiyev qeydedib.

Məqalədə:
Избранный
90
4
az.trend.az

2Источники