İki ölkə rəsmilərinin bildirdiyinə görə, Ukrayna və ABŞ bu həftə Münhen Təhlükəsizlik Konfransında mühüm minerallar sazişini nəzərdən keçirəcək.
ABŞ-ın maliyyə naziri Skott Bessent Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşdən sonra təklif olunan sazişi Rusiya ilə müharibə başa çatdıqda Ukrayna üçün potensial “uzunmüddətli təhlükəsizlik qalxanı” kimi qiymətləndirib.
Zelenski Ukraynanın sazişin ilk layihəsini aldığını təsdiqləyib və Münhendə yekun razılaşmanın əldə olunacağına ümid etdiyini bildirib.
Ukrayna Rusiyanın davam edən müdaxiləsinə qarşı möhkəm durmağa çalışarkən ABŞ-ın davamlı dəstəyini təmin etməyi hədəfləyib.
Bu arada ABŞ prezidenti Donald Tramp ABŞ-ın Ukrayna müharibəsi səylərinə davamlı dəstəyi müqabilində Ukraynanın nadir torpaq mineral ehtiyatları ilə bağlı razılaşma əldə etmək istədiyini bəyan edib.
"Mən onlara (Ukrayna) 500 milyard dollar dəyərində nadir torpaq ekvivalenti istədiyimi dedim",Tramp bazar ertəsi yayımlanan Fox News-a müsahibəsində bildirib.
Sənaye üçün vacib olan kritik xammal üçün qlobal rəqabət son illərdə güclənib.
Kritik xammallara uran, titan, litium, qrafit, nikel və alüminium, eləcə də yüksək texnologiyalı cihazlarda istifadə olunan nadir torpaq mineralları daxildir.
Hazırda Çin nadir torpaq mineralları üzrə dünyanın ən yaxşı təchizatçısıdır. Dünya İqtisadi Forumunun son hesabatına görə, Çin Avropa İttifaqının bu resurslara olan tələbatının təxminən 40%-ni təmin edir.
Digər əhəmiyyətli təchizatçılara Avstraliya, Cənubi Afrika, Kanada və Braziliya daxildir. Birləşmiş Ştatlar və Avropa İttifaqı minerallara görə Çindən asılılığını azaltmaq üçün illərdir iş aprır.
Ukraynada ən azı 22 element var. Bu, nadir torpaq materiallarının əhəmiyyətli yataqlarını əhatə edir, baxmayaraq ki, mineralladanr müharibə və kifayət qədər geoloji məlumatların olmaması səbəbindən indiyədək istifadə edilməyib.
Visiontv.az