RU

“Güləbird” SES-də istehsal olunan elektrik enerjisinin həcmi açıqlanıb

İşğaldan azad edilmiş Laçın rayonunda Həkəri çayının üzərində yerləşən “Güləbird” kiçik Su Elektrik Stansiyası (kSES) istismara verildiyi tarixdən bu ilin fevralın 1-dək 69,9 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.

Bu barədə Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “Güləbird” kSES 4 il əvvəl fevralın 14-ü yenidən bərpa olunaraq istifadəyə verilib. Basqılı derivasiya tipli stansiyanın ümumi gücü 8 MVt-dır.

Qeyd edilib ki, kiçik su elektrik stansiyalarında ekoloji cəhətdən təmiz elektrik enerjisi istehsal olunur və ətraf mühitə istixana effekti yaradan qazlar atılmır.

Избранный
3
4
banker.az

6Источники