RU

Hikmət Hacıyev Azərbaycan Televiziyasının yaradılması günü ilə bağlı paylaşım edib

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanda televiziya yayımına başlanıldığı gün münasibəti ilə paylaşım edib.

Oxu.Az xəbər verir ki, o bu barədə "X" hesabında bildirib.

"Bu gün - 14 fevral Azərbaycanda televiziya yayımına başlanıldığı gündür. 1956-cı ilin məhz bu günündə Şərqdə ilk televiziya ölkəmizdə "Diqqət! Diqqət! Göstərir Bakı" sözləri ilə efirə çıxaraq xalqımızın siyasi və mədəni həyatında yeni bir mərhələ açdı. Bu gün televiziya kanallarımız məzmun və format baxımından daim yenilənir, təqdim olunan hər verilişdə, hər videosüjetdə yaradıcı kollektivin peşəkarlığı və zəhməti aydın hiss olunur. Bu əlamətdar gün münasibətilə televiziya işçilərini səmimi qəlbdən təbrik edir, onlara yaradıcılıq uğurları və yeni nailiyyətlər arzulayıram".

Bu gün – 14 fevral Azərbaycanda televiziya yayımına başlanıldığı gündür. 1956-cı ilin məhz bu günündə Şərqdə ilk televiziya ölkəmizdə “Diqqət-diqqət, göstərir Bakı” sözləri ilə efirə çıxaraq xalqımızın siyasi və mədəni həyatında yeni bir mərhələ açdı. Bu gün televiziya… pic.twitter.com/DiJvbJSo7G

— Hikmet Hajiyev (@HikmetHajiyev) February 14, 2025

Mənbə: oxu.az

Избранный
100
30
oxu.az

10Источники