“Neftçi”nin yeni transferi Bassala Sambu üçün ödəyəcəyi transfer məbləği dəqiqləşib.
Msport.az xəbər verir ki, bu barədə Kipr mətbuatı məlumat yayıb.
İddiaya görə, “ağ-qaralar” Seneqal əsilli ingiltərəli hücumçuya görə “Paralimni” klubuna 100 min avro ödəyəcək.
Qeyd edək ki, “Neftçi” Sambu ilə 1,5 illik müqavilə imzalayıb.