Alyaska sahillərində 5,8 bal gücündə zəlzələ baş verib.
Busaat.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Zəlzələ Kodiak adasındakı Akiok şəhərindən təxminən 154 km cənub-qərbdə qeydə alınıb.
Yeraltı təkanların ocağı təxminən 9,1 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi yoxdur.