RU

ABŞ mövqeyində düzəliş etdi: “Rusiyaya qarşı sanksiyalar sərtləşdiriləcək”

ABŞ Prezidenti Donald Trampın Rusiya ilə bağlı loyal açıqlamalarından sonra amerikalı sözçülər son saatlarda vəziyyəti düzəltməyə çalışıblar. Ard-arda ABŞ-nin bir neçə rəsmisi Rusiyaya ciddi güzəştlərin edilməyəcəyinə dair açıqlama verib. 

 

Sfera.az xəbər verir ki, politoloq Şahin Cəfərlinin sözlərinə görə bu açıqlamalar ABŞ-nin Ukraynanın maraqlarını nəzərə alacağını göstərir:

 

“Vitse-prezident Vens bildirib ki, Rusiya Ukraynanın müstəqilliyini və təhlükəsizliyini təmin edəcək sülh variantına razı olmasa, ABŞ Ukraynaya hərbi kontingent göndərəcək və Rusiyaya qarşı sanksiyaları sərtləşdirəcək. Müdafiə naziri Heqset əvvəlki sözlərinə düzəliş edərək deyib ki, Ukraynanın heç vaxt NATO üzvü olmayacağını söyləməyib, söhbət yalnız indiki mərhələdən gedir. Eyni zamanda, o qeyd edib ki, Ukraynaya nüvə silahı verilməsi də istisna deyil (Bu, əlbəttə ki, real deyil, məqsəd Rusiyaya “xox” gəlməkdir). Trampın Ukrayna üzrə xüsusi nümayəndəsinin müavini Koul bəyan edib ki, gələcəkdə Ukraynanın öz ərazi bütövlüyünü bərpa etməsini və NATO-ya qəbul olunmasını istisna etmirlər”.

 


Ş.Cəfərlinin fikrincə, açıqlamalardan daha önəmli olan məsələ ortaya qoyulacaq sülh planıdır. Onun qənaətincə, ABŞ rəsmilərinin açıqlamalarından aydın olur ki, rəsmi Vaşinqton Ukraynanın iştirakı olmadan onun taleyi ilə bağlı hər hansı müzakirə və anlaşmaya getməyəcək:

 

“Bunu dünən prezident Tramp da vurğuladı. Ehtimal olunan belə bir anlaşmanı rədd edəcəklərini Ukrayna və Avropa İttifaqı aydın şəkildə nəzərə çatdırdılar. 
Bir vacib məqamı da qeyd etməyə ehtiyac var ki, bu gün Ukraynanın silah-sursat ehtiyacının 70 faizi Ukraynanın özü və Avropa İttifaqı tərəfindən təmin edilir. Ukrayna hərbi büdcəsinin 80 faizi Ukraynanın özü və Avropa İttifaqı tərəfindən formalaşdırılır. ABŞ-nin dəstəyi şübhəsiz ki, çox vacibdir, amma “ABŞ əlini çəksə, Ukrayna dərhal çökər" variantı da keçərli deyil”.

 

Vasif

-

Избранный
3
sfera.az

1Источники