Bakı. Trend:
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə "İnnab"Peşəkar Təlim Platforması arasında əməkdaşlığa dair anlaşmamemorandumu imzalanıb. Memorandumun imzalanmasının əsas məqsədisəriştəli və rəqabətə davamlı mütəxəssislərin hazırlanmasına töhfəvermək, tələbələrin peşəkar bacarıqlarının artırılmasına vəbeynəlxalq sertifikatların, o cümlədən “Microsoft”sertifikatlarının əldə olunmasına dəstək olmaqdan ibarətdir.
Bununla əlaqədar olaraq AzMİU-nun rektoru professor GülçöhrəMəmmədova və "İnnab" Peşəkar Təlim Platformasının direktoru RaufHacıyev arasında görüş keçirilib. Görüşdə hər iki qurumunrəhbərliyi ilə yanaşı, nümayəndələri də iştirak ediblər.
Professor Gülçöhrə Məmmədova AzMİU-da İKT və informasiyatexnologiyaları sahəsində aparılan işlərdən bəhs edərək qeyd edibki, universitetin informasiya texnologiyaları infrastrukturu daimgücləndirilir. “AzMİU-da Mexanika və İnformasiya Texnologiyaları(MİT) fakültəsində müasir ixtisaslar üzərində tədris prosesiqurulub. Biz rəqəmsal transformasiyanın təhsilə təsirini yaxındanizləyir, elektron universitet və elektron tədris sahəsində önəmlinailiyyətlər qazanırıq. Bu istiqamətdə universitetin ixtisaslı kadrpotensialının daha da gücləndirilməsi üçün innovativ tədbirlərhəyata keçirilir və aparıcı müəssisələrlə əməkdaşlığa önəmveririk”.
“İnnab” Peşəkar Təlim Platformasının direktoru Rauf Hacıyevqurumun fəaliyyət istiqamətlərindən bəhs edərək bildirib ki,memoranduma əsasən tələbələrə və akademik heyətə peşəkar işimkanlarını artırmaq məqsədilə innovativ təlim proqramları təklifediləcək. “Təqdimat bacarıqları, yumşaq bacarıqlar (soft skills),liderlik və innovasiya kimi praktiki biliklər üzrə təlimləruniversitet tələbələrinin əmək bazarına hazırlığınıgücləndirəcək”.
Memorandum çərçivəsində tərəflər aşağıdakı istiqamətlərdə birgəfəaliyyətlər aparacaqlar:
Tələbələr üçün beynəlxalq sertifikat proqramları, peşəkartəlimlər və kursların təşkil edilməsi;
Akademik və inzibati heyətin peşəkar bacarıqlarınınartırılmasına dəstək olmaq;
Tələbələrin real iş mühitinə inteqrasiyasını təmin edəcəktəcrübə və mentorluq proqramlarını həyata keçirmək;
Universitet və "İnnab" tərəfindən ortaq seminarlar,infosessiyalar, startap müsabiqələri və digər akademikfəaliyyətlərin keçirilməsi.
Qeyd edək ki, bu əməkdaşlıq universitet və "İnnab" arasındabilik və təcrübə transferini gücləndirərək, tələbələrinçoxistiqamətli bacarıqlara yiyələnməsinə imkan yaradacaq.Memorandumun tətbiqi sayəsində AzMİU tələbələri və müəllimləri yenitexnologiyaları, innovativ yanaşmaları və beynəlxalq təlimsistemlərini yaxından izləmək imkanı qazanacaqlar.