RU

Kreml Vensin bəyanatından narahatdır - Peskov izahat gözləyir

Xəbər verildiyi kimi, ABŞ Vitse-prezidenti C.D.Vens “The Wall Street Journal”a (WSJ) müsahibəsində Kremlin danışıqlardan və sülhdən yayınacağı təqdirdə ciddi şəkildə cəzalandırılacağını deyib.

O qeyd edib ki, Putin müharibənin dayandırılması ilə bağlı danışıqlardan imtina edərsə, ABŞ hökuməti Rusiyaya qarşı sanksiyalar tətbiq edə və öz qoşunlarını Ukraynaya göndərə bilər.

“AzPolitika” Rusiya mediasına istinadla xəbər verir ki, Putinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında Kremlin Vitse-prezident J.D.Vensin bəyanatı ilə bağlı ABŞ-dən açıqlama veriləcəyini gözlədiyini deyib: “Amerika mətbuatında gedən müsahibələrə gəlincə, bunlar mövqeyin(ABŞ-nin mövqeyinin-red.) yeni elementləridir. Əvvəl belə formulları eşitməmişdik, onlar səsləndirilməmişdi. Ona görə də, təbii ki, barəsində danışdığımız təmaslar zamanı biz bəzi əlavə dəqiqləşdirmələr alacağımıza ümid edirik”.

“AzPolitika.info”

Избранный
13
azpolitika.info

1Источники