RU

Mülki odlu silahla bağlı dəyişiklik I oxunuşdan keçdi

Azərbaycanda mülki odlu silah əldə edilməsi ilə bağlı qanunvericiliyə dəyişiklik olunur.

Hurriyyet.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Xidməti və mülki silah haqqında” Qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, odlu silah əldə etmək hüququnun 18 yaşdan artırılaraq 21 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarına verilməsi müzakirə edilib.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Qafqazinfo.az

Избранный
111
12
hurriyyet.az

10Источники