Sabiq futbolçu, hazırda şərhçi olan Tuqay Kərimoğlu UEFA Avropa Liqasında "Qalatasaray"ın səfərdə "Alkmaar"a 1:4 hesabı ilə uduzduğu matçı dəyərləndirib.
Fanat.Az xəbər verir ki, Türkiyə millisinin keçmiş oyunçusu "TRT Spor"a açıqlamasında "cimbom"un baş məşqçisi Okan Buruku günahlandırıb:
"Qalatasaray" hər iki hissədə mübarizə apara bilmədi. Meydanda özlərinə mövqe tapa bilmirdilər. Hər şeyi bir yana qoyaq, ikinci hissədə bir epizod belə olmadı. Heç kim inciməsin, xətrinə dəyməsin, amma oyun heç nə vəd etmədi. Okan Burukun heyətdə və sistemdə etdiyi dəyişikliklər işə yaramadı. Sallai sağda, solda. Jelert sağda, solda... Bəzi şeyləri yenidən kəşf etməyin, belə matçda sınamağın mənası yoxdur. Rəqib səndən çox qaçdı, sənə yer buraxmadı. Fasilədə "1:2-ni cibimə qoyub İstanbula qayıdaram" demişdim. Amma bunu da bacarmadılar. Bugünkü oyun Avropa üçün kifayət etmədi. Heyətdə itkilər olsa da, bu, belə bərbad oyun üsün bəhanə deyil".
Qeyd edək ki, pley-offun mərhələsinin cavab görüşü fevralın 20-də Türkiyədə oynanılacaq.
Mirağa