Bakıda qadına qarşı soyğunçuluq edilib.
Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Nərimanov rayonu ərazisində naməlum şəxsin zor tətbiq etməklə 28 yaşlı qadının çantasını talaması barədə polisə məlumat daxil olub.
Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 23 yaşlı Ə.Qəhrəmanov müəyyən olunaraq saxlanılıb. Ondan psixotrop maddə olan metamfetamin də aşkarlanaraq götürülüb.
Araşdırma aparılır.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта