RU

Azərbaycan çempionatında güləşçi final görüşünə Rusiya bayrağı olan triko ilə çıxıb - FOTO

Sərbəst güləş üzrə Azərbaycan U-20 çempionatında qəribə hadisə baş verib. 

125 kq çəki dərəcəsinin final görüşündə Yusif Dursunovla Muxamed Qantemirov üz-üzə gəlib. Legioner güləşçi sinəsində Rusiya bayrağı olan triko ilə mübarizə aparıb. 

Federasiyanın mətbuat katibi Sərxan Musayev bu barədə apasport.az saytına açıqlama verib.

O, bildirib ki, buna səbəb Qantemirovun millinin geyim dəstini itirməsi olub: “Muxamed ötən il Avropa 2-cisi və dünya 3-cüsü olmuş güləşçidir. O, yarışdan öncə öz trikosunu itirib. Nəticədə özü ilə gətirdiyi geyim dəsti ilə mübarizə aparmalı olub. Turnir boyu həmin trikonun sinəsindəki bayraq stikerlə örtülüb. Stiker yalnız final görüşündə qopub. Mübarizə bitdikdən sonra bayrağın üzəri yenidən örtülüb”.

Qeyd edək ki, ötən gün baş tutan görüşdə Dursunov qələbə qazanaraq qızıl medala sahib çıxıb.

U-15 Bakı çempionatı keçirilib

Millimizdən 2 medal

Güləşçilərimiz Xorvatiyada daha 2 medal qazanıblar

Güləşçilərimiz “Zaqreb Open”də daha 3 medal qazanıb

Güləş üzrə Bakı çempionatının qalibləri bəlli olub

Избранный
22
1
apasport.az

2Источники