RU

Avropa çempionatı: Badminton millimiz üçüncü oyunda da məğlub olub

Azərbaycanın badminton millisi Bakıda keçirilən qarışıq komandalar arasında Avropa çempionatındakı sonuncu oyununda da məğlub olub.

Morteza Validarvinin baş məşqçisi olduğu kollektiv I qrupda Danimarka ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb. Hazırda hesab Danimarka komandasının xeyrinədir - 3:1. Sonuncu set nəticəyə təsir etməyəcək.

Qeyd edək ki, yığma daha əvvəl İspaniya və İngiltərəyə 2:3 hesabı ilə uduzub.

Избранный
35
9
cbcsport.az

10Источники