RU

Azərbaycanın sabiq səfiri həbs edildi: Seksual hərəkətlərə görə... 

Azərbaycanın Böyük Britaniyadakı keçmiş səfiri Rafael İbrahimov həbs edilib.

Modern.az bu barədə Britaniya mətbuatına istinadən xəbər verir.

O, Çeşir şəhərində reabilitasiya mərkəzinin üç qadın əməkdaşına qarşı seksual hərəkətlər etməkdə ittiham olunur.

Londonun Naytsbric bölgəsində yaşayan Rafael İbrahimov yuxu həblərindən asılılığa görə reabilitasiya mərkəzində müalicə alırmış. Hadisə 5 dekabr 2023-cü ildə baş verib. O, klinikada sərxoş vəziyyətdə olub.

Məhkəmə fevralın 7-də Çester şəhərində baş tutub. İddiaçı Coşua Qorst sabiq diplomatın üç işçiyə cinsi təcavüz etdiyini, bir qadının sinəsinə toxunduğunu, hər üç qadının əllərindən dəfələrlə öpdüyünü söyləyib.

"O, qadınlara gözəl xanımlar olduqlarını və onları sevdiyini deyirdi", - iddiaçı deyib.

Onlar cinsi təcavüz nəticəsində başqa kişilərlə işləməkdən narahat olduqlarını bildiriblər.

"Xoşbəxtlikdən, qalıcı zədələrim yoxdur, amma davamlı narahatlığım var".

Norveç və İsveçdə də səfir vəzifəsində çalışmış Rafael İbrahimov günahını etiraf edib.

Rafael İbrahimov 16 aylıq həbsə məhkum edilib. Ona həmçinin əlavə 2 il 20 günlük reabilitasiya tədbiri və 200 saatlıq maaşsız iş cəzası verilib. Sabiq diplomatın adı 10 il müddətində seksual cinayətkarlar reyestrində yer alacaq.

Qeyd edək ki, Rafael İbrahimov 2001-2007-ci illərdə Azərbaycanın Britaniyada, daha sonra isə Finlandiya və Norveçdə səfiri olub. O daha sonra Britaniyada müxtəlif kanallarda icmalçı kimi çalışıb.

Избранный
47
1
modern.az

2Источники