Bakıda klinikanın lisenziyasının ləğv edilməsi ilə bağlı nazirliyə müraciət olunub.
Medianews.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin Analitik Ekspertiza Mərkəzi “Lazer Beauty Klinikası”nda aparılan yoxlamalar zamanı aşkar edilən nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndlərinə əsasən cərimələrin tətbiq edilməsi ilə əlaqədar məhkəməyə müraciət edilib.
Klinikanın lisenziyasının dayandırılması və ya ləğv edilməsi ilə bağlı bu gün Səhiyyə Nazirliyi tərəfindən İqtisadiyyat Nazirliyinə məktub göndərilib.
Xatırladaq ki, “Laser Beauty Estetik Klinikası” MMC-yə məxsus özəl tibb müəssisəsi ihələ də şini davam etdirir. Klinika pasiyentləri qəbul edir, həkimlər müayinə və müalicə prosedurları həyata keçirirlər.
Klinikanın hüquqşünası Toğrul Allahyarov teleqraf-a açıqlamasında tibb müəssisəsinin əvvəlki qaydada fəaliyyət göstərdiyini təsdiqləyib:
“Lisenziyanın ləğvi ilə bağlı müvafiq qurumlara müraciət olunmayıb, buna görə də, klinika fəaliyyətini əvvəlki qaydada davam etdirir. İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə hazırda araşdırmalar aparılır və məhkəmənin yekun qərarı gözlənilir”.
Klinikadan da bildirilib ki, müəssisənin hər iki filialı pasiyentlərini qəbul edir:
“Klinikamız bağlanmayıb, hazırda hər iki filialda həkimlərimiz prosedurları həyata keçirirlər. Klinikanın bağlanması yönündə yayılan xəbərlər vergi məsələləri ilə bağlıdır”.