Dünyaca məşhur Hollivud aktrisası Rene Zellvegerin 45 yaşlı sevgilisi, britaniyalı teleaparıcı Ant Enstid ilə evlənəcəyi ilə bağlı şayiələr yayılıb.
OLAY yazır ki, müzakirələr 55 yaşlı aktrisanın Nyu Yorkda “Bridget Cones: Mad About the Boy” filminin premyerasında görünməsindən sonra başlayıb.
Aktrisa tədbir üçün ön və arxa hissəsi dekolteli libas seçib.
Lakin pərəstişkarları onun üzük olan barmağında sarğını görüb və Zellvegerin nişan üzüyünü gizlətdiyini güman ediblər. Renenin özü hələlik şayiələrə münasibət bildirməyib.
2023-cü ildə Rene və Ant evlənə biləcəyi barədə danışılıb. Ancaq onlar heç vaxt evlənmədilər. Cütlük 2021-ci ilin yazında “Celebrity IOU Joyride” şousunun çəkiliş meydançasında tanış olub, lakin Enstid sonradan heç kimin bundan xəbəri olmadan görüşməyə başladıqlarını və əvvəlcə münasibətlərini gizlətməyə çalışdıqlarını açıqlayıb.
Qeyd edək ki, bu, Rene Zellvegerin ikinci evliliyi olacaq. O, əvvəllər 2002-2005-ci illərdə müğənni Kenni Çesni ilə evli olub və 2012-2019-cu illərdə musiqiçi Doyle Bramhall II ilə görüşüb. Aktrisanın, həmçinin Bredli Kuper, Cek Uayt və Cim Kerri ilə münasibətləri olub. Britaniyalı teleaparıcı Ant Enstid 2005-ci ildən iki övladı olan Luiza Herbertlə evlidir. 2018-ci ildə o, Hadson adlı bir oğlu olan Kristina Hall ilə evlənib və 2021-ci ildə boşanıb.
![](https://olay.az/uploads/posts/2025-02/screenshot-2025-02-14-152110.webp)
![](https://olay.az/uploads/posts/2025-02/screenshot-2025-02-14-152123.webp)