RU

Britaniyada cinsi təzavüzə görə həbs olunan azərbaycanlı diplomatın DOSYESİ

Azərbaycanın Böyük Britaniyadakı keçmiş səfiri Rafael İbrahimov Londonun Çeşir rayonundakı reabilitasiya klinikasının üç qadın əməkdaşına qarşı seksual hərəkətlər etməkdə ittiham olunub.

Hadisə 2023-cü il dekabrın 5-də sabiq səfirin klinikada müalicə olunduğu zaman baş verib. Britaniya mətbuatının məlumatına görə, məhkəmənin hökmü ilə keçmiş səfir 16 ay müddətinə azadlıqdan məhrum edilib.

Modern.az-ın məlumatına görə, müdafiə tərəfdən çıxış edən Devid Temkin bildirib ki, həbs cəzası İbrahimovun ailəsinə, xüsusilə də paytaxtda (London) geyim şirkətinin baş icraçı direktoru vəzifəsində çalışan qızına ciddi təsir göstərə bilər.

Cənab Temkin deyib: "O, nəvələrinə baxmaq məsuliyyətini öz üzərinə götürür ki, qızı baş icraçı direktor kimi peşəkar vəzifələrini yerinə yetirə bilsin. Bu rolu öz üzərinə götürə biləcək başqa heç kim yoxdur".

Hakim Patrik Tompson onun hərəkətlərini "əxlaqsız" və "ədəbsiz" adlandırsa da, demək olar ki, 60 yaşında və əvvəllər heç bir məhkumluğu olmayan bir şəxs üçün bunun xarakterik olmadığını bildirib.

Hakim Tompson əlavə edib: "Şəxsi həyatınız və keçmişiniz sizin üçün yüngülləşdirici amildir. Bu ciddi səhvlərdir, lakin ilk dəfə belə ciddi bir səhv edirsiniz. Cəzanızı şərti tətbiq edə bilərəm".

Məhkəmə İbrahimovu 16 ay şərti cəza ilə iki il sınaq müddəti, 20 günlük reabilitasiya proqramı və 200 saat ictimai işlə cəzalandırıb. O, 10 il müddətinə cinsi cinayətkarlar siyahısına daxil ediləcək.

Modern.az saytı Rafael İbrahimovun tərcümeyi-halını təqdim edir:

Hazırda 60 yaşında olan Rafael Tofiq oğli İbrahimov 1987-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini ərəbşünaslıq və ərəb ədəbiyyatı ixtisası üzrə bitirib.

Daha sonra Azərbaycan Dillər Universitetində ingilis və fransız dilləri üzrə xüsusi kursu bitirib.

1985-1986-cı illərdə Yəməndə, 1987-1990-cı illərdə Əlcəzairdə ərəb, fransız və rus dillərindən tərcüməçi olub.

1990-cı ilin may ayından 1991-ci ilin mart ayına qədər "L'Azerbaidjan Sovetique" jurnalının redaktoru olub.

O, 1993-cü ildən Azərbaycan Xarici İşlər Nazirliyində işə başlayıb. 1993-cü ilin iyun ayından 1994-cü ilin aprel ayına qədər Azərbaycan Xarici İşlər Nazirliyində beynəlxalq iqtisadi inteqrasiya təşkilatları üzrə katib vəzifəsində çalışıb.

1994-cü ilin aprelindən 2001-ci ilin may ayına qədər Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin birinci katibi və Konsulluq şöbəsinin müdiri olub.

25 may 2001-ci ildə ona fövqəladə və səlahiyyətli səfir rütbəsi verilib.

Rafael İbrahimov 25 may 2001-ci il tarixindən 20 avqust 2007-ci il tarixinə kimi Azərbaycanın Böyük Britaniyadakı səfiri vəzifəsində işləyib. Eyni zamanda o, Azərbaycanın Norveçdə (19 oktyabr 2002 – 12 avqust 2013), İrlandiyada (19 oktyabr 2002 – 20 avqust 2007), İsveçdə (19 oktyabr 2002 – 12 avqust 2013) səfiri olub.

Rafael İbrahimov Azərbaycanın Finlandiyadakı səfiri (4 iyul 2008 – 12 avqust 2013) vəzifəsini də tutub. O, Azərbaycanın Finlandiyadakı səfiri olmaqla yanaşı, eyni zamanda baş ofisi Stokholmda yerləşən Azərbaycanın İsveçdəki səfiri vəzifəsində çalışıb.

Rafael İbrahimov BBC Dünya Xidməti, Channel 4, Al Jazeera, Channel 5 (Böyük Britaniya) üçün siyasi şərhçi olub.

O, Qlobal Dəyişikliklər üzrə Tony Blair İnstitutunun məsləhətçisi vəzifəsində işləyib.

Ərəb, fransız, ingilis və rus dillərini bilir.
 

A.Qorxmaz

Избранный
30
1
modern.az

2Источники