RU

Dilan və Engin Polata başqa bir iş üzrə bəraət

Türkiyənin məşhur bloqerləri Dilan, Engin və Sezgin Polatın sosial media fenomeni Banu Parlakın gözəllik mərkəzinin vurulması ilə bağlı “təhrik” cinayəti ilə həbssiz mühakimə olunduğu iş üzrə hökm elan edilib.Missiya.Az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Belə ki, məhkəmənin yekun iclası keçirilib. Çirkli pulların yuyulması, vergidən yayınma və qanunsuz mərc oyunları araşdırmaları ilə gündəmə gələn Polat ailəsi bu işi qızışdırmaqda günahlandırılıb. Aralarında anlaşmazlıq yaşadıqları iddia edilən Banu Parlakın gözəllik salonunu Engin və Dilanın 100 lirə qarşılığında "Daltonlar" şəbəkəsinə güllələdikləri deyilirdi və 5 ilə qədər həbsləri tələb olunurdu.

Sonra isə Banu Parlak şikayətindən imtina edib.

Zərintac MayisqızıMissiya.Az

Избранный
27
missiya.az

1Источники