RU

Zaxarova: Rusiyanın Suriyada hərbi mövcudluğu məsələsi müzakirə olunur


Rusiyanın Suriyada hərbi mövcudluğu məsələsi müzakirə olunur.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçidrdiyi brifinqdə Suriyadakı Rusiya bazalarının statusu ilə bağlı suala cavab verərkən bildirib.

Onun sözlərinə görə, Rusiya tərəfi Suriya ilə əlaqələri inkişaf etdirmək niyyətindədir.

“Biz dəfələrlə demişik ki, ikitərəfli Rusiya-Suriya münasibətlərinin, müxtəlif sahələrdə əlaqələrin ardıcıl, fəal inkişafına sadiqik”, - deyə Zaxarova Rusiya hərbi bazaların statusu ilə bağlı danışıqların hazırda onların hansı mərhələdə olduğu, Suriyanın yeni hakimiyyət orqanlarının hansı şərtləri irəli sürdüyü barədə suala cavabında bildirib.

Избранный
29
5
apa.az

6Источники