RU

“AzerGold” qeyri-filiz faydalı qazıntı yataqları ilə bağlı seminar keçirib

 “AzerGold” QSC-də ölkə ərazində qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı aidiyyəti dövlət qurumları və sahibkarlıq subyektlərinin iştirakı ilə seminar keçirilib.

FED.az xəbər verir ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında 23 dekabr 2024-cü il tarixli Sərəncamına uyğun olaraq təşkil edilmiş seminarda bu sahədə mövcud vəziyyətin öyrənilməsi məqsədilə aparılmış bir aylıq operativ təhlillərin ilkin nəticələri açıqlanıb.

“AzerGold” QSC-nin prosesə cəlb etdiyi beynəlxalq nüfuzlu “Boston Consulting Group” məsləhətçi şirkəti tərəfindən hazırlanan hesabatda qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində mövcud vəziyyət və perspektivlər, mütərəqqi beynəlxalq təcrübə və standartlar, ekoloji norma və tələblər əsasında idarəetmənin təkmiləşdirilməsi, bazar iştirakçılarının qarşılaşdıqları problemlərlə bağlı təhlillər müzakirəyə çıxarılıb.

Daha sonra maraqlı tərəflərin çıxışları dinlənilib, mövzu ilə bağlı geniş fikir mübadiləsi aparılıb, sahibkarların təklifləri dinlənilib, suallar cavablandırılıb. Qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı üzrə ixtisaslaşmış bazar iştirakçıları ilə intensiv görüşlərin davam etdiriləcəyi, təkliflərin təhlil olunacağı vurğulanıb. 

Xatırladaq ki, Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinə nüfuzlu beynəlxalq məsləhətçi şirkətləri cəlb etməklə qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı sahəsində mövcud vəziyyətin təhlil edilməsi, müvafiq bazarın öyrənilməsi və aparılacaq təhlillərin nəticəsindən asılı olaraq bu sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı təkliflərini dörd ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi tapşırılıb.

Eyni zamanda QSC beynəlxalq standartlar nəzərə alınmaqla, yerli standartların təkmilləşdirilməsi üçün təkliflərini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməli, bu Sərəncamdan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.

“AzerGold”“AzerGold”“AzerGold”
Избранный
27
12
fed.az

10Источники