RU

Azərbaycanın arbitraj işi üzrə qaldırdığı iddia sənədi Ermənistana təqdim olunub

Bakı, TurkicWorld

12 fevral 2025-ci ildə Azərbaycanın 1979-cu ilin Bern konvensiyası çərçivəsində "Avropada vəhşi təbiətin və ətraf-mühitin mühafizəsi" haqda arbitraj işi üzrə qaldırdığı iddia sənədi Ermənistana təqdim olunub.

TurkicWorld xəbər verir ki, bu barədə Ermənistan hökumətinin beynəlxalq hüquq məsələləri üzrə ofisi bəyanat yayıb.

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, 12 fevral 2025-ci il tarixində Azərbaycan tərəfi Haaqa şəhərində yerləşən Daimi Arbitraj Məhkəməsinin mənzil-qərargahında 1979-cu il tarixli "Avropanın canlı təbiətinin və təbii mühitinin qorunması haqqında" Konvensiya ("Bern Konvensiyası") əsasında Ermənistana qarşı arbitraj işi üzrə iddia sənədini təqdim edib.

İddia sənədində Ermənistanın "Bern Konvensiyası"na dair hüquqi öhdəliklərinin çoxsaylı pozuntuları ətraflı şəkildə öz əksini tapıb.

Azərbaycan öz ərazilərini azad etməklə Ermənistanın ətraf mühiti məhv etməsinə və dünyanın ən zəngin biomüxtəliflik ocaqlarından birində yaşayış mühiti və növlərini qoruya bilmədiyinə dair dəhşətli sübutlar aşkar edib. Ermənistanın hərəkətlərinin bölgədəki canlı təbiətə və növlərinə dönməz şəkildə ciddi ziyan vurduğu müəyyənləşdirilib.

Избранный
20
2
turkic.world

3Источники