RU

Acınacaqlı şəraitdə yaşayan yataqxana sakinləri şikayətçidirlər: "Evlərimiz bərbad haldadır"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Gəncə şəhəri, 38 saylı Hərbi Şəhərcikdə məskunlaşan, Kəlbəcərdən olan keçmiş məcburi köçkünlər yaşadıqları yataqxana binasının şəraitsizliyindən şikayət edirlər.
İllərdir həll edilməyən problemlərdən narazılıq bildirən sakinlər binadan köçürülmə ilə bağlı aidiyyəti dövlət qurumlarından kömək gözləyirlər.
"Buraya gələndən evlərimiz bərbad haldadır, qapı-pəncərəsi yoxdur. Bütün aidiyyəti qurumlar vəziyyətdən xəbərdardır. Binanın girişinə bir qapı da qoymadılar ki, içəri it-pişik yuvası olmasın. Girib baxsanız, görərsiniz ki, bu evlərdə yaşamaq mümkün deyil", - deyə sakinlər şikayətlərində bildiriblər.
Ətraflı Baku Tv-nin süjetində:
Избранный
33
oxu.az

1Источники