RU

Hande Harmancı: Azərbaycanın ÜST-dən çıxması ilə bağlı ehtimal yoxdur

Hazırda Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxması ilə bağlı ehtimal yoxdur.

Bunu APA-ya müsahibəsində Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı bildirib.

ÜST ölkəyə həmin dövlətin rəsmi dəvəti ilə gəlir. ÜST-ün missiyası olduğu ölkədə Səhiyyə Nazirliyinə dəstək verməkdir. Bütün ölkələr nə vaxtsa təşkilatdan çıxa bilər. Amma hazırda Azərbaycanla bağlı belə bir ehtimal yoxdur”, - ÜST rəsmisi vurğulayıb.

Hande Harmancı ABŞ-nin ÜST-dən çıxmaqla bağlı qərarına da münasibət bildirib: “ÜST maddi cəhətdən nə qədər zəngin olarsa, qlobal sağlamlıq böhranları ilə mübarizə də o qədər güclü olar. ABŞ-nin ÜST-dən çıxması bir tərəfdən diqqətləri təşkilata çəkdi. Hazırda bütün dünyada ÜST-ün önəmindən danışılır. Heç vaxt ÜST bu qədər diqqət mərkəzində olmamışdı. Mediada ÜST-ün dünya üçün əhəmiyyətindən danışan materialların sayı da artıb. Ekspertlər, professorlar ÜST-də qalmağın səbəblərini açıqlayır.

ABŞ ÜST-ün yarandığı dövrdən etibarən bu təşkilata liderlik edən ölkələrdən biridir. Eyni zamanda, təşkilata ən böyük maddi dəstəyi də ABŞ verirdi.ABŞ-nin ÜST-dən çıxması ÜST-ü maddi çətinliklərə salır. Hazırda ÜST maddi vəziyyətini yenidən gözdən keçirmək mərhələsindədir - həm Cenevrədə, həm də bütün bölgələrdə.Çünki bu vəziyyət hamımıza təsir edir.Maddi dəstəkdən başqa, eyni zamanda, ABŞ-la ÜST arasında həm də texniki əməkdaşlıq vardı. Amerikanın ÜST daxilində vəzifələndirdiyi mütəxəssislər, texniki ekspertlər vardı.Bu texniki əməkdaşlığın pozulması həm ÜST, həm ABŞ, həm də bütün dünya üçün təsiredici olacaq. Ümid edirik ki, ABŞ bu qərarını bir də nəzərdən keçirib, ÜST-lə əməkdaşlığa davam edəcək”.

Избранный
20
4
apa.az

5Источники