RU

Deşam Fransa millisində onu bu mütəxəssisin əvəzləməsini istəyir

Fransa yığmasının baş məşqçisi Didye Deşam özündən sonra “xoruzlar”ın sükanı arxasında gördüyü yeganə mütəxəssisin adını çəkib.

Arena.az məlumat verir ki, Deşam Fransa yığmasının baş məşqçisi olaraq, məşhur fransız mütəxəssis Zinəddin Zidanı xələfi olaraq görür:

“Bizim aramızda böyük hörmət-izzət hökm sürür. Sonuncu dəfə biz 2023-cü ilin yayında görüşmüşük, növbəti dəfə isə biz gələn ilin yayında, məlum səbəblərə görə görüşməliyik. Zidan – çox yaxşı namizəddir, mən isə əlavə edərdim ki, gözlənilən namizəddir. Sonrası isə… mən onun, bunu istəyib-istəməyəcəyini bilmirəm”.

Xatırladaq ki, daha əvvəl Deşam, 2026-cı ilin yayında, müqavilə müddətinin bitməsilə “xoruzlar”ın baş məqşçisi vəzifəsindən gedəcəyini açıqlayıb. Mətbuat isə Zidanın heç bir klubla iş birliyi qurmamasını, fransalı mütəxəssisin məhz Fransa yığmasının sükanı arxasına keçmək istəyi ilə əlaqələndirir.

56 yaşlı Didye Deşam Fransa yığmasını 2012-ci ilin iyul ayından çalışdırır. Deşam “xoruzlar”ı 166 oyuna çıxarıb, 106 qələbə, 31 heç-heçə, 29 məğlubiyyət yaşayıb, topların fərqi isə 347:152 nisbətindədir. Deşam Fransa yığmasına 2018-ci il FIFA Dünya Kubokunu və 2020/2021-ci illər mövsümü UEFA Millətlər Liqasını qazandırıb.

52 yaşlı Zinəddin Zidana gəlincə, fransalı mütəxəssis ancaq “Real”ı çalışdırıb. “Real” Zinədin Zidanın peşəkar məşqçilik karyerasında ilk komanda olub və fransalı mütəxəssis “Kral klubu” ilə tarixi uğurlara imza atıb. Zidan 2016-2018 və 2019-2021-ci illərdə “Real”ın baş məşqçisi çalışıb. Buna qədər fransalı mütəxəssisin məşqçilik işində heç bir komanda ilə təcrübəsi olmayıb. Zinədin yalnız Madrid təmsilçisinin alt komandaları sistemində qısa müddət çalışıb. Zidanın məşqçilik debütü çox uğurlu olub.

Fransalı mütəxəssis “Real”da ilk mövsümündəcə (2015/2016) Çempionar Liqasının qalibi olub. Ardınca Zidan bu uğurunu daha iki dəfə təkrarlamağı bacarıb (2016/2017, 2017/2018). Beləliklə, Zidan Çempionlar Liqasının tarixində rekorda imza atıb. Zidana qədər heç kimə ardıcıl nəinki üç, hətta iki dəfə eyni komanda ilə ÇL-i qazanmaq müyəssər olmayıb. Zidan “Real”la həmçinin hər biri ikiqat olmaqla İspaniya La Liqasını (2016/2017, 2019/2020), İspaniya Super Kubokunu (2017, 2019/2020), UEFA Super Kubokunu (2016, 2017) və FIFA Klub Dünya Kubokunu (2016, 2017) qazanıb.

Избранный
61
arena.az

1Источники