RU

BMU-da növbəti “BoostCamp” tədris layihəsi başa çatdı - FOTO

Bakı Mühəndislik Universitetində (BMU) tələbələr tərəfindən təşkil edilən “BoostCamp 8.0” tədris layihəsinin bağlanış mərasimi keçirilib.

Modern.az xəbər verir ki, tədbirdə çıxış edən Kibertəhlükəsizlik və kompüter mühəndisliyi kafedrasının müdiri Cabir Məmmədov layihənin icrasını tələbələrin qazandığı biliklərin möhkəmləndirilməsi və əmək bazarının tələblərinə yönələn bacarıqlarının təkmilləşdirilməsi baxımından uğurlu ənənə adlandırıb. Bildirib ki, müasir təhsil sistemində tədrislə təcrübənin eyni vaxtda bir arada olması, habelə müxtəlif müsabiqə və layihələrin həyata keçirilməsi tələbələrin əmək bazarına peşəkar kadr kimi hazırlanmasında mühüm rol oynayır.

Sonra layihənin mentoru və komanda rəhbəri Hüseyn Şərifzadə hər il ənənəvi olaraq keçirilən “BoostCamp” layihəsi haqqında geniş təqdimatla çıxış edib. O, 2017-2025-ci illərdə layihə üzrə görülən işlərin statistikasını açıqlayaraq indiyədək 310-dan artıq tələbənin bu layihədə özünü reallaşdırdığını, 41 sahə üzrə tədris aparıldığını, 50-dən çox seminarın keçirildiyini deyib. Layihəyə tələbələr arasında artan maraqdan danışan H. Şərifzadə qeyd edib ki, bu il təkcə IT üzrə deyil, həm də liderlik, karyera inkişafı, təhsil, iş dünyası, mühəndislik və s. mövzularda müzakirələr aparılıb, ayrı-ayrı sahələrin mütəxəssisləri ilə görüşlər təşkil olunub. O, layihənin icrası üçün göstərdiyi texniki dəstəyə, İKT laboratoriyasında yaradılan şəraitə görə BMU rektoruna təşəkkürünü bildirib.

Tədbirdə digər çıxış edənlər də tələbələrin potensialını açan, texniki bacarıqlarını inkişaf etdirən bu layihə ilə bağlı fikirlərini bildirib və təkliflərini səsləndiriblər.

Sonra mentorlar tələbələrin hazırladığı layihələr haqqında məlumat verib. Bildirilib ki, layihəyə əsasən informasiya texnologiyaları, elektrik və elektronika ilə əlaqəli ixtisasların  I, II kurs tələbələri qatılıb.

Ardınca “Bina və lift”, “Robot qol”, “Avtomatik parking sistemi”,  “Açılan körpü”, “Əl hərəkətləri ilə idarə olunan maşın” adlı layihələr nümayiş etdirilib.

 

Избранный
2
2
modern.az

6Источники