HAMAS İsraillə mübadilə razılaşması çərçivəsində fevralın 15-də azad edilməsi planlaşdırılan 3 israilli girovun adını açıqlayıb.
APA xəbər verir ki bu barədə İsrail mediası məlumat yayıb.
Qeyd edilib ki, Aleksandr Trupanov, Sagi Dekel-Chen və Yair Horn sabah azad ediləcək. Sagi Dekel-Chen Qəzzada saxlanılan sonuncu Amerika- İsrail vətəndaşlarından biridir. Aleksandr Trupanov isə rus girovdur.
Bu İsrail-HAMAS arasında girov-məhbus mübadiləsinin 6-cı raundu olacaq. Yanvarın 19-da Qəzza zolağında atəşkəs əldə olunandan bəri 18 girov (13 İsrail və 5 Tailand vətəndaşı) azad edilib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта