Roma Papası Fransisk uzunmüddətli bronxit xəstəliyinin müalicəsi üçün xəstəxanaya yerləşdirilib.
Publika.az xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.
"Papa Fransisk lazımi diaqnostik testlər üçün xəstəxanaya yerləşdirilib və bronxit müalicəsini xəstəxana şəraitində davam etdirir", - məlumatda deyilir.
Papa xəstəliyi zamanı dəfələrlə Müqəddəs Taxt-Tacın Dövlət Katibliyinin əməkdaşına ümumi auditoriyada xütbə oxuyub.